Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədr müavini Əşrəf Şıxəliyev Venesuelanın Karakas şəhərində keçirilən 1-ci Beynəlxalq Sahibkarlar Konqresində iştirak edib.
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədr müavini Əşrəf Şıxəliyev Venesuelanın Karakas şəhərində keçirilən 1-ci Beynəlxalq Sahibkarlar Konqresində iştirak edib. Tədbir çərçivəsində müxtəlif ölkələrdən olan sahibkarlarla təcrübə mübadiləsi aparılıb, yeni iqtisadi trendlər və beynəlxalq əməkdaşlıq perspektivləri müzakirə edilib. Konqresin əsas məqsədi qlobal sahibkarlıq ekosistemini gücləndirmək, innovasiya və yeni təşəbbüslərin inkişafını təşviq etmək olub.