Son illərdə Azərbaycanda tikinti materiallarının istehsalında əhəmiyyətli artım müşahidə olunub. Sement istehsalı 14,7%, beton məhsulları 7,4 dəfə, əhəng istehsalı isə 2,1 dəfə artıb. Ən yüksək artım armatur istehsalında qeydə alınıb, 2024-cü ildə bu sahədə illik artım 85,1% olub.
