Azərbaycan Tikinti İstehsalatçıları Assosiasiyası (ATİA) üzvləri sırasına “ALBAYRAK TURİZM SƏYAHƏT İNŞAAT TİCARƏT ANONİM ŞİRKƏTİ”NİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI, “QALA GROUP” MMC və “BUTA PARK” MMC qoşulmuşdur

Azərbaycan Tikinti İstehsalatçıları Assosiasiyası (ATİA) üzvləri sırasına “ALBAYRAK TURİZM SƏYAHƏT İNŞAAT TİCARƏT ANONİM ŞİRKƏTİ”NİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI, “QALA GROUP” MMC və “BUTA PARK” MMC qoşulmuşdur.

Görüş çərçivəsində hər üç şirkət ilə tikinti sektorundakı son trendlər, innovativ həllər və sektorda qarşılıqlı faydalı əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. Həmçinin, gələcəkdə birgə layihələrin həyata keçirilməsi və bu sahədə potensial inkişaf yolları barədə fikir mübadiləsi aparılmışdır. ATİA olaraq, yeni üzvlərimizin Assosiasiyaya qatılmasını yüksək qiymətləndirir və onlara uğurlu fəaliyyət, davamlı inkişaf və yeni nailiyyətlər arzulayırıq.