Qazaxıstan Respublikasının Aktau şəhərində AqQala Build forumunun açılış mərasimində ATİA rəhbərliyi də iştirak etdi
Qazaxıstan Respublikasının Aktau şəhərində AqQala Build forumunun açılış mərasimində ATİA rəhbərliyi də iştirak etdi.
Assosiasiyanın sədri Ramiz İsayev və sədr müavini Əşrəf Şıxəliyev tədbirdə fəxri qonaq qismində çıxış edərək ATİA-nın fəaliyyəti, Azərbaycanda tikinti bazarı, perspektiv inşaat layihələri və digər bu kimi məsələlərə dair məlumat verdilər.
Bundan əlavə, sərgi çərçivəsində ATİA ilə “Bazar Ticarətlərinin Hüquqlarının Müdafiəsi” Respublika İctimai Birliyi arasında qarşılıqlı anlaşma memorandumu imzalanmışdır.