Bakı KOB evində ATİA-nın təşkilati dəstəyi, KOBİA əməkdaşlarının və assosiasiyanın üzvlərinin iştirakı ilə “UHOM” Tikinti və Daşınmaz Əmlak Kompleksinin təqdimat tədbiri keçirildi
Bakı KOB evində ATİA-nın təşkilati dəstəyi, KOBİA əməkdaşlarının və assosiasiyanın üzvlərinin iştirakı ilə “UHOM” Tikinti və Daşınmaz Əmlak Kompleksinin təqdimat tədbiri keçirildi.
Tədbir zamanı UHOM layihəsi geniş təqdim olundu, fikir mübadiləsi aparıldı və iştirakçılar tərəfindən verilən suallar cavablandırıldı. KOBİA-nın KOB dostu departamentinin rəhbəri Elnur Əliyev, ATİA-nın İdarə Heyətinin sədr müavini Əşrəf Şıxəliyev və UHOM şirkətinin təsisçisi Rövşən Qasımzadə çıxış edərək mövzu ilə bağlı öz dəyərli fikirlərini bölüşdülər.
Dəstəyə görə KOBİA rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk!