4 Oktyabr tarixində Naxçıvanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “KOBFEST” sərgi-satış yarmarkasında ATİA rəhbər heyəti də iştirak etmişdir
4 Oktyabr tarixində Naxçıvanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən “KOBFEST” sərgi-satış yarmarkasında ATİA rəhbər heyəti də iştirak etmişdir. Tədbirin region sahibkarlarının məhsul və xidmətlərinin tanıdılmasına və satış imkanlarının artırılmasına, regionun iqtisadi inkişafına mühüm töhfə verə biləcəyi vurğulandı.
Tədbirdə AR Prezidentinin Naxçıvan MR üzrə xüsusi nümayəndəsi Fuad Nəcəfli, KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov çıxış edərək, regionda kiçik və orta biznesin inkişafı üçün Naxçıvanın potensialını, və eyni zamanda da KOB-ların yerli və beynəlxalq bazarlarda mövqelərini gücləndirməyin vacibliyini vurğuladılar.