28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyi münasibətilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyi münasibətilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib.
Tədbirdə Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) İdarə Heyətinin birinci müavini Ramilə İsrafilbəyova da iştirak edib.
Konfransda rəqəmsallaşma və süni intellektin əmək bazarına təsiri, iş yerlərində yaratdığı çağırışlar və imkanlar müzakirə olunub. Mütəxəssislər əmək hüquqları və təhlükəsizlik baxımından işçilərin gələcəkdə müdafiəsinin təmin olunmasının vacibliyini qeyd ediblər.