25 Oktyabr tarixində, KOBİA, QİAD və MUSİAD-ın təşkilatçılığı ilə Quba şəhərində yerləşən “Shahdag Quba Hotel”-də Quba İş Adamları ilə Görüş platforması baş tutmuşdur
25 Oktyabr tarixində, KOBİA, QİAD və MUSİAD-ın təşkilatçılığı ilə Quba şəhərində yerləşən “Shahdag Quba Hotel”-də Quba İş Adamları ilə Görüş platforması baş tutmuşdur. Tədbirdə ATİA idarə heyətinin sədri Ramiz İsayev, assosasiyanın rəhbər heyəti və eyni zamanda üzvlərimizdən ibarət nümayəndə heyəti iştirak etmişdir.
Tədbir əsnasında keçirilən assosasiyanın və üzv şirkətlərin nümayəndələri ilə iki tərəfli görüşlərdə Qubada olan iş adamları ilə regionun inkişafı, orada yerləşən biznes subyektlərinin daha da böyüyüb genişlənməsi mövzusunda gələcək fəaliyyət perspektivləri müzakirə olunmuşdur.