25 aprel – Sahibkarlar Günü münasibətilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə “Konstitusiya və suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilmişdir.

Tədbirdən öncə iştirakçılar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş və onun əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
Konfransda Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) kollektivi də iştirak etmişdir. Tədbir zamanı ölkədə sahibkarlığın inkişafı, hüquqi və iqtisadi islahatların əhəmiyyəti geniş müzakirə olunmuşdur.