23 aprel tarixində ATİA-nın Xarici əlaqələr və investisiya proqramları departamentinin rəhbəri Əşrəf Şıxəliyev “Əyilən binalar: məsuliyyət kimin üzərindədir?” mövzusu ətrafında geniş fikir mübadiləsinin aparılması üçün “İCTİMAİ TV” efirində “Sabaha saxlamayaq” verilişinin qonağı oldu
23 aprel tarixində ATİA-nın Xarici əlaqələr və investisiya proqramları departamentinin rəhbəri Əşrəf Şıxəliyev “Əyilən binalar: məsuliyyət kimin üzərindədir?” mövzusu ətrafında geniş fikir mübadiləsinin aparılması üçün “İCTİMAİ TV” efirində “Sabaha saxlamayaq” verilişinin qonağı oldu. Proqram üçün ayrılan zaman ərzində yeni tikilmiş komplekslərdə aşkarlanan problemlər, şikayətlər, sadalanan problemlərin həll yolları və digər bu kimi əlaqəli mövzular ətrafında müzakirə aparıldı. Həmçinin verilişin digər ekspert qonaqları ilə birlikdə dinləyicilərin sualları aidiyyatı üzrə cavablandırıldı.