Türkiyədə baş verən zəlzələ nəticəsində qardaş ölkəyə yardım məqsədilə “Qardaş Köməyi” platforması yaradılıb və ATİA olaraq biz də bu platformaya qoşulduq

16/02/2023

HÖRMƏTLİ VƏTƏNDAŞLAR,
Türkiyədə baş verən zəlzələ nəticəsində qardaş ölkəyə yardım məqsədilə “Qardaş Köməyi” platforması yaradılıb və ATİA olaraq biz də bu platformaya qoşulduq. Sizləri zəlzələdən zərərçəkən insanlara dəstək göstərmək üçün “SƏNİNLƏYƏM-TÜRKİYƏM!” adlı yardım kampaniyasına qoşulmağa dəvət edirik.
Yardıma dəstək olmaq istəyən şəxslər bizimlə əlaqə saxlaya bilər.