14 mart tarixində KOBİA, Marsol Group və İcma-nın təşkilatçılığı ilə «Sahibkarlarla iftar süfrəsi» adlı tədbir həyata keçirildi

15/03/2024

14 mart tarixində KOBİA, Marsol Group və İcma-nın təşkilatçılığı ilə «Sahibkarlarla iftar süfrəsi» adlı tədbir həyata keçirildi. Adı çəkilən tədbirdə bir sıra dövlət rəsmiləri və sahibkarlar iştirak etdilər. Yekunda ATİA «tədbirin təşkil edilməsində göstərilən dəstəyə görə» KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov tərəfindən təltif edildi.