Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumu keçirilib

04/10/2022

Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumu keçirilib. Forum sentyabrın 16-da Şuşa şəhərində baş tutub. Türk Dövlətləri Təşkilatının, Türk Ticarət və Sənaye Palatasının, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (#KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyası birgə təşkilatçılığı ilə həyata keçirilən forumda Azərbaycan Tikinti İstehsalçılar Assosiasiyasının Sədri Ramiz İsayev də iştirak edib.