Ölkəmizdə tikinti və quruculuq sahəsinin inkişafı məqsədi ilə təsis edilmiş Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasına aprelin 14-də keçirilən iclas zamanı yeni üzvlər qəbul olunub.

19/04/2022

Ölkəmizdə tikinti və quruculuq sahəsinin inkişafı məqsədi ilə təsis edilmiş Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasına aprelin 14-də keçirilən iclas zamanı yeni üzvlər qəbul olunub.
Keçirilən İclasda Assosiasiyaya üzv olmaq üçün müraciət etmiş şirkətlər öz gələcək planları , şikayətləri və fəaliyyətləri haqqında geniş təqdimatlar ediblər. Yekunda yeni üzvlərə Asossiasiyanın sədri tərəfindən üzvlük sertifikatları təqdim edilmişdir.
Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasına yeni üzv olan şirkətlər aşağıdakılardır:

  1. “ML GROUP AZ” MMC
  2. “KENGERLİ.CO” MMC
  3. “SHCPROJECT”MMC
    ATİA yeni üzvləri səmimi qəlbdən təbrik edir və onlara gələcək işlərində uğurlar və nailiyyətlər arzu edir.