Ölkələrarası ticarət, investisiya və digər bu kimi məsələlərin geniş müzakirəsi aparıldığı forumda KOBİA və DEİK nəzdində Türkiyə-Azərbaycan Biznes Şurası arasında Anlaşma Memorandumu imzaland

09/05/2024

8 may tarixində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədov və Türkiyə Respublikasının vitse-prezidenti cənab Cevdet Yılmazın iştirakı ilə “Türkiyə-Azərbaycan biznes forumu” tədbiri keçirildi. Ölkələrarası ticarət, investisiya və digər bu kimi məsələlərin geniş müzakirəsi aparıldığı forumda KOBİA və DEİK nəzdində Türkiyə-Azərbaycan Biznes Şurası arasında Anlaşma Memorandumu imzalandı. Bir sıra dövlət rəsmilərinin qatıldığı tədbirdə ATİA-nın İdarə Heyətinin sədri Ramiz İsayev və həmin Assosiasiyanın Xarici əlaqələr və investisiya proqramları departamentinin rəhbəri Əşrəf Şıxəliyev də iştirak ediblər.