May ayının 19-da Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində “Rusiya-İslam Dünyası” mövzusunda 14-cü Beynəlxalq İqtisadi Forumu baş tutdu

20/05/2023

May ayının 19-da Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində “Rusiya-İslam Dünyası” mövzusunda 14-cü Beynəlxalq İqtisadi Forumu baş tutdu. Forum çərçivəsində “Russia Halal Expo” Sərgisi keçirildi. Dövlət rəsmiləri və sahibkarlarla yanaşı ATİA İdarə Heyətinin sədri Ramiz İsayev də sərgidə iştirak etdi. İşğaldan azad edilmiş Azərbaycan ərazilərinin potensialı və investisiya qoyuluşu imkanları barədə məlumat və videoçarxlar ölkə stendində nümayiş olundu.