KOBİA yanında İctimai Şuranın təşkilatçılığı, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tərəfdaşlığı və KOBİA-nın dəstəyi ilə növbəti ictimai görüş keçirildi

27/05/2024

27 may tarixində KOBİA yanında İctimai Şuranın təşkilatçılığı, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tərəfdaşlığı və KOBİA-nın dəstəyi ilə “Yeni rəqabət məcəlləsi – rəqabət qanunvericiliyində aparılmış dəyişikliklərin biznes mühitinə təsiri imkanları” mövzusunda növbəti ictimai görüş keçirildi.
Yeni rəqabət məcəlləsi, qanunvericiliyin tənzimlənməsi modellərinin biznesdə rolu, qarşılıqlı əməkdaşlıq üçün dəstək mexzanizmləri həmçinin mövcud vəziyyət və perspektivlərə dair aktual məsələlərin müzakirəsi aparılan tədbirdə dövlət rəsmiləri və sahibkarlarla birlikdə ATİA-nın rəhbər heyəti də iştirak etdi.