KOBİA-nın təklifi ilə ATİA nümayəndə heyəti və çexiyalı investorlar Naxçıvanda səfərdə oldular

07/06/2023

KOBİA-nın təklifi ilə ATİA nümayəndə heyəti və çexiyalı investorlar Naxçıvanda səfərdə oldular. Heyət ilkin olaraq A.R. Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli ilə görüşdü. Görüş çərçivəsində investorların 400 mgvt-lıq günəş stansiyalarının yaradılması ilə bağlı əməkdaşlığı və həmçinin ATİA-ya üzv olan şirkətlərin Naxçıvanda yenidənqurma işləri və yaşayış komplekslərin tikintisi ilə bağlı fikir mübadiləsi aparıldı. Növbəti görüş “Himal Holdinq”in rəhbərliyi ilə oldu. Göraşdə gələcəkdə birgə fəaliyyətin ilkin mərhələsi üçün əməkdaşlıq memorandumun imzalanması qərara alındı.