“KOB Fest” – sərgi-satış yarmarkası Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə İçərişəhərdə “KOB Fest” – sərgi-satış yarmarkasında iştirak edib

27/04/2022

“KOB Fest” – sərgi-satış yarmarkası Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə İçərişəhərdə “KOB Fest” – sərgi-satış yarmarkasında iştirak edib. Festivalın açılışında çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “KOB Fest”in mikro və kiçik sahibkarların satış imkanlarının genişləndirilməsində və yerli məhsulların tanıdılmasında əhəmiyyətini qeyd ediblər.