Gil dam örtüyü və döşəmə plitələri üzrə Calidenanın açılış seminarı baş tutdu

18/07/2023

Bu gün gil dam örtüyü və döşəmə plitələri üzrə Calidenanın açılış seminarı baş tutdu. Seminarda ATİA nümayəndə heyəti ilə yanaşı AZSTAND, AzAK, AzMI, Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti və uyğunluğun qiymətləndirilməsi orqanlarının nümayəndələri iştirak etdi. Görüş çərçivəsində dam və döşəmə plitələri üçün təhlükəsizlik və keyfiyyət tələblərini müəyyənləşdirmək və standartlaşdırma, sınaq və sertifikatlaşdırma xidmətlərini təşviq etmək üçün fəaliyyət planı hazırlamaq barədə ümumi müzakirələr aparıldı.