ATİA nümayəndə heyəti 2017-ci ildə yaradılmış Daşkəndin ən nüfüzlu tikinti şirkətlərindən biri olan FDG şirkətinə məxsus MANHATTAN layihəsində gedən tikinti işləri ilə tanış oldu

25/10/2023

ATİA nümayəndə heyəti 2017-ci ildə yaradılmış Daşkəndin ən nüfüzlu tikinti şirkətlərindən biri olan FDG şirkətinə məxsus MANHATTAN layihəsində gedən tikinti işləri ilə tanış oldu. 5 hektar ərazidə inşa olunan kompleksdə əhalinin yaşayış yerlərindən əlavə mağazalar, restoranlar və biznes mərkəzləri, habelə istirahət zonaları tikilir.
FDG şirkətində 400-dən çox mütəxəssis çalışır və ümumilikdə 11 layihə hazırlanıb həyata keçirilib.
Qeyd etmək istərdik ki, bu görüşlərin keçirilməsində əsas məqsədimiz Özbəkistanda inşaat sektorunda gedən işlərdə, Azərbaycan tikinti şirkətlərinin yaxından iştirak etməsi və bu minvalla yerli tikinti şirkətinin qardaş ölkədə açılması və həmçinin üzvlərimizi bu prosesə cəlb edilməsidir.