ATİA-nın təşəbbüsü ilə Dünyanın “solar panel” üzrə ən böyük istehsalçı və satış şirkəti olan “Jinko Solar” LTD və “A-Z Czech Engineering” MMC arasında üçtərəfli görüş təşkil edildi

07/06/2024

ATİA-nın təşəbbüsü ilə Dünyanın “solar panel” üzrə ən böyük istehsalçı və satış şirkəti olan “Jinko Solar” LTD və “A-Z Czech Engineering” MMC arasında üçtərəfli görüş təşkil edildi. Görüş zamanı qarşılıqlı işgüzar əlaqələr, “yaşıl enerji” sahəsi üzrə planlaşdırılmış mümkün perspektivlər və digər bu kimi məsələlər müzakirə edildi və o cümlədən yaxın gələcəkdə ATİA-nın dəvəti ilə “Jinko Solar” LTD şirkətinin Azərbaycana investisiya yatırması üçün təkliflər dəyərləndirildi.