4 may 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbər şəxsləri arasında görüş keçirilmişdir

04/05/2023

4 may 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) rəhbər şəxsləri arasında görüş keçirilmişdir. Görüş zamanı tikinti sektorunun maliyyələşdirilməsi mexanizminin daha da təkmilləşdirilməsi, bu sahədə potensial imkanların araşdırılması və assosiasiyalar arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin birgə qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanması ilə bağlı fikir mübadiləsi aparılmışdır.